“Fənərbağça”nın Mert Müldür həmləsi
22.05.2023 , 11:39
“Sassuolo”da çıxış edən Mert Müldür yeni mövsüm üçün Türkiyə klublarının hədəfinə keçib.
Korner.az xəbər verir ki, gənc futbolçu ilə “Fənərbağça” və “Qalatasaray” yaxından maraqlanır.
Bu mövsüm ciddi zədələrlə mübarizə aparan 24 yaşlı futbolçunun karyerasında yeni bir başlanğıc etmək istədiyi və “Fənərbağça”nın təklifinə müsbət baxdığı bildirilir.
Futbolçunun hazırkı transfer qiyməti 5 milyon avrodur.