“Fənərbağça”nın Livakoviç planı
15.05.2023 , 12:42
“Fənərbağça” Xorvatiya millisinin qapıçısı Livakoviçi heyətinə qatmağa hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul klubu hazırda Zaqreb “Dinamo”sunda forma geyinən qolkiper üçün danışıqlara başlayıb.
“Fənərbağça”nın 28 yaşlı oyunçu ilə 4 illik müqavilə bağlayacağı, ona ildə 1,5 milyon avro təklif edəcəyi gözlənilir.