"Fənərbağça"nın kapitanı Aleks De Souza yeni başlayan Türkiyə Superliqası ilə əlaqədar maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, 2004-cü ildən bu yana "sarı-lacıvərdlilər"in şərəfini qoruyan braziliyalı futbolçu Türkiyədə böyük rəqabətin olduğunu dilə gətirib:
"Fənərbağça", "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor" yenə çempionluq və yuxarı pillələr üçün yarışacaq. Bu klubların ardından "Bursaspor" və "Əskişehirspor" kimi komandalar gələcək və yuxarıdakı klubları narahat etməyə çalışacaq. Onların hədəfi Avroliqaya getmək olacaq. Lakin biz həmişəki kimi çempion olmaq üçün yarışacağıq".
