“Fənərbağça”nın kapitanı əməliyyat olundu
18.04.2023 , 12:59

“Fənərbağça”nın qapıçısı Altay Bayındır əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, belində problem olan 25 yaşlı qolkiperin İstanbulda əməliyyat edildiyi və müalicəsinin davam etdirildiyi bildirilib.
Qeyd edək ki, Altay 2019-cu ildən “Fənərbağça”da çıxış edir.
