Frank de Buru baş məşqçi postundan uzaqlaşdıran “İnter” (Milan) bu vəzifəyə 5 namizəd üzərində düşünür.
Korner.az-ın məlumatına görə, onlardan ikisi vaxtilə “Fənərbağça”nı çalışdırıb.
Bunlardan biri 26 il bundan əvvəl “sarı-lacivərdlilər”in baş məşqçisi olmuş Qus Hiddink, digəri isə cari mövsümün əvvəlində İstanbul təmsilçisindən ayrılan Vitor Pereyradır.
“La Gazzetta dello Sport” iddia edir ki, klub rəhbərliyi Hiddinklə sıx təmasa start verib.
