“Fənərbağça”nın gənc oyunçusu “Sakaryaspor”a keçir
10.07.2024 , 17:10
“Fənərbağça”nın futbolçusu Emre Demire yeni talib çıxıb.
Korner.az xəbər verir ki, onunla “Sakaryaspor” yaxından maraqlanır.
Türkiyə mətbuatında yer alam xəbərə görə, klubun Emre Dəmir üçün “Fənərbağça”ya təklif göndərdiui bildirilir.
Hər iki komandanın danışıqlardan sonra razılığa gəldiyi və futbolçunun qərarının gözlənildiyi bildirilir.
Ötən mövsüm “Fənərbağça”dan “Ümraniyespor”a icarəyə verilən Emre Demir 31 matçda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Emrenin “Fənərbağça” ilə müqaviləsi 2027-ci ilə qədər davam edir.