“Fənərbağça”nın futbolçusuna Rusiyadan təklif
05.09.2024 , 20:21
“Fənərbağça”nın futbolçusu Samet Akaydına talib çıxıb.
Korner.az xəbər verir ki, oyunçu ilə Rusiyanın “Lokomotiv Moskva” klubu maraqlanır.
Xəbərdə, İstanbul təmsilçisinin futbolçu üçün indiyə qədər gələn heç bir təklifi qəbul etmədiyi bildirilib.
Ötən mövsümü icarə əsasında “Panatinaikos”da keçirən Akaydın 34 matçda “Fənərbağça”da forma geyinib.