“Fənərbağça”nın futbolçusu zədələndi
02.03.2026 , 21:00
“Fənərbağça” zədə xəbəri ilə üzləşib. Komandanın müdafiəçisi Nelson Semedo sıradan çıxıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, portuqaliyalı futbolçu Superliqanın 24-cü turunda “Antalyaspor” ilə keçirilən görüşdə diz nahiyəsindən zədə alıb.
32 yaşlı müdafiəçi təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Semedo bu mövsüm “Fənərbağça”nın heyətində 32 matçda forma geyinib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.