“Fənərbağça”nın futbolçusu tarixə düşdü
31.10.2023 , 22:48
“Fənərbağça”nın hücumçusu Edin Ceko Super Liqanın tarixinə düşüb.
Korner.az xəbər verir ki, bosniyalı forvard 10-cu turda “Pendikspor”la matçda (5:0) 3 qol vuraraq Super Liqada het-trik edən ən yaşlı oyunçu olub.
Ceko 37 yaş 266 günlüyündə buna nail olub.