Yunanıstanın PAOK klubunun hücumçusu Miroslav Stok karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, slovakiyalı futbolçu “Rubin” (Kazan) klubunun maraq dairəsinə düşüb.
Futbolçunun transfer hüququna malik olan “Fənərbağça” klubu Stokun təzminat qiymətini açıqlayıb. Belə ki, Kazan təmsilçisi 24 yaşlı futbolçunun keçidi üçün 5 milyon avrosundan keçməli olacaq.
Qeyd edək ki, bu mövsüm Yunanıstan Superliqasında 20 oyuna çıxan Stok 4 dəfə rəqib qapılarına yol tapıb.
