Mayın 15-dən 20-ə qədər İtaliyanın Piza şəhərində təlim-məşq toplanışı keçirəcək, mayın 20-dən 25-dək isə “Tuscany Football Cup 2013” turnirində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Mirkamil Həşimlinin (“Fənərbağça”, Türkiyə) əvəzinə yığmanın heyətinə Ülvi İbazadə (“İnter”) dəvət olunub.
