Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Dirk Kuyt dünyanın ən güclü iki futbolçusu Kriştiano Ronaldo və Lionel Messini geridə qoyub.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu bu mövsüm 49 rəsmi matçda meydana çıxıb. "Sarı lacivərdlilər"in holland forvardı bu göstəricvi ilə Ronaldo (48 oyun) və Messini (46 oyun) qabaqlayıb.
Qeyd edək ki, hollandiyalı hücumçu bu mövsüm çıxdığı 49 matçda 15 qol və 14 qol ötürməsinə imza atıb.
