“Fənərbağça”nın futbolçusu İngiltərə klubunun hədəfində
06.12.2023 , 15:58

“Fənərbağça”nın futbolçusu Fred üçün İngiltərədən təklif var.
Korner.az xəbər verir ki, braziliyalı ulduz yarımmüdafiəçi “Mançester Yunayted”in radarına düşüb.
İngiltərə mətbuatında çıxan xəbərə görə, “Mançester Yunayted” futbolçu üçün 20 milyon avro qarşılığında “Fənərbağça”nın qapısını döyəcək.
