“Fənərbağça”nın futbolçusu Braziliya klubunun hədəfində
19.10.2023 , 14:30
“Fənərbağça”nın futbolçusu Luan Peres üçün talib çıxıb.
Korner.az xəbər verir ki, onunla Braziliyanın “Santos” klubu maraqlanır.
Bu barədə Braziliya mətbuatında xəbər yer alıb. Məlumatda, “Santos” azarkeşlərinin futbolçunu çox istədiyi vurğulanıb.
Cari mövsümdə 3 matçda meydana çıxan 29 yaşlı təcrübəli futbolçu 270 dəqiqə meydanda olub.
Futbolçunun “Fənərbağça” ilə müqaviləsi 2025-ci ildə başa çatacaq