UEFA “Fənərbağça”nın baş məşqçisi Vitor Pereyra və futbolçular Alper Potuk və Volkan Şeni cəzalandırıb.
Korner.az-ın məlumatına görə, buna sözügedən şəxslərin Avropa Liqasının 1/8 finalının finalında “Braqa”ya qarşı cavab matçında etdiyi hərəkətlər səbəb olub.
Rəqibə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alan Potuk 3 oyunluq cəzalanıb.
Tribunaya göndərilən Pereyraya 1 matçlıq cəza tətbiq olunub.
Ən ağır cəza Volkan Şenə verilib. Qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edən zaman qarşılaşmanın hakimi İvan Bebeki itələyən Şen 2016-cı il dekabrın 31-dək UEFA-nın təşkil etdiyi bütün turnirlərdən uzaqlaşdırılıb.
