“Fənərbağça”nın futbolçusu Almaniya yolunda
23.04.2025 , 15:30

Linkoln Henrike yayda “Fənərbağça”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Almaniyada davam etdirə bilər.
26 yaşlı oyunçu ilə “Bayer” yaxından maraqlanır.
Leverkuzen təsilçisi yaxın günlərdə braziliyalı üçün Superliqa klubu ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, Linkoln 2022-ci ildən Türkiyə nəhəngində çıxış edir.
