“Fənərbağça”nın futbolçusu əməliyyat olunacaq
24.10.2024 , 11:00
“Fənərbağça”nın zədəli oyunçusu Ceyden Ostervoldenin son durumu məlum olub.
Korner.az xəbər verir ki, ayaq nahiyyəsinin çarpaz bağları qopan futbolçu İstanbulu tərk edərək əməliyyat olunmaq üçün Hollandiyaya yollanıb.
Əməliyyatdan sonra futbolçunun reabilitasiya prosesinin birinci mərhələsi və müalicəsi ölkəsində baş tutacaq.