“Fənərbağça”nın futbolçusu əməliyyat edildi
20.12.2019 , 10:29

“Fənərbaxça” klubunun müdafiəçisi Sadık Çiftpınar əməliyyat olunub.
Korner.az xəbər verir ki, Türkiyə Super Liqasının 15-ci turunun “Sivasspor”la matçında (1:3) zədələnən 26 yaşlı müdafiəçinin dizindəki əməliyyatın uğurlu alındığı bildirilir.
O, mövsümün geridə qalan hissəsində forma geyinə bilməyəcək. Çiftpınarın yay təlim-məşq toplanışına qədər sıraya dönməsi ehtimal olunur.
