“Fənərbağça”nın beş ulduz futbolçusuna “Beşiktaş”dan təklif
10.07.2024 , 15:12

Qabriel Paulista və Rafa Silvanın transferləri ilə gündəm yaradan “Beşiktaş” Super Liqanı növbəti dəfə sarsıdacaq addım atıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” əzəli rəqibi olan “Fənərbağça”nın 5 ulduz futbolçusu üçün hərəkətə keçib.
Söhbət futbolçular – Səməd Akaydın, Rade Kruniç, Rayan Kent, Migel Krespo və Edin Dzekodan gedir.
“Beşiktaş” rəhbərliyi yaxın zamanda həmin futbolçulara rəsmi təklif göndərməyə hazırlaşır.
