“Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartal istefa verib.
Korner.az-ın məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin özü Türkiyə superliqasında bu gün “Kasımpaşa”ya qalib (2:0) gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, dünən klub prezidenti Əziz Yıldırımla görüşüb və ona istefa vermək istədiyini söyləyib. İ.Kartalın bu istəyi rəhbərlik tərəfindən qəbul olunub.
