Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda “Fənərbağça” öz meydanında Donetsk “Şaxtyor”u ilə heç-heçə edib.
Korner.az-ın məlumatına görə, qolsuz bərabərliklə başa çatan oyundan sonra “Fənərbağça”nın baş məşqçisi Vitor Pereyra matçla bağlı fikirlərini bildirib.
İstanbul təmsilçisinin portuqaliyalı çalışdırcısı komandasının oyunundan razı qaldığını deyib:
“Şaxtyor” güclü komandadır. Ancaq biz də yaxşı oynadıq. Sevinirəm ki, azarkeşlər sona qədər komandanı dəstəklədilər. İndi bizi çətin səfər oyunu gözləyir. Açığı, cavab oyununda qələbə qazancağımıza söz vermirəm. “Şaxtyor” kimi güclü heyətə malik olan komandanı keçmək heç də bizə asan olmayacaq”.
