Fənərbaxça”nın Türkiyə superliqasında “Mersin İdmanyurdu”na 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra klubun avtobusunda axtarış aparılıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobusda bomba olduğu xəbəri polisləri hərəkətə keçirib.
Xüsusi təlim görmüş itlərin vasitəsi ilə həyata keçirilən əməliyyatda heç nə tapılmayıb.
