“Fənərbağça”nın futbolçularını daşıyan avtobusa silahlı hücumda şübhəli bilinən iki nəfər saxlanılıb
Korner.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, bu barədə Trabzon valisi Abdil Cəlil Öz məlumat verib.
O, əldə olunan bütün dəlillərin saxlanılanlarla üst-üstə düşdüyünü deyib.
Saxlanılanlardan birinin Trabzonda yerləşən polis bölməsinə aparıldığı bildirilib.
Qeyd edək ki, aprelin 4-ü Türkiyə superliasında “Rizespor”a qarşı matçdan sonra “Fənərbağça”nın üzlərini daşıyan avtosun silahlı basqına məruz qalıb. Nəticədə avtobusun sürücüsü yaralanıb, futbolçular isə xəsarət almayıb.
