Türkyə
Super Liqasının 14-cü turuna “Antalyaspor” ilə “Fənərbağça” arasında keçiriləcək
matç ilə yekun vurulacaq.
Korner.az-ın
verdiyi məlumata görə, Avropa Liqasında “A”
qrupunu lider tamamlayan “Fənərbağça” “Antalyaspor”un qonağı olacaq. Qələbə
qazanacağı təqdirdə “Fənərbağça” klubu lider “Başakşehir” ilə xal fərqini 4-ə
endirəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq
ki, 13 turdan sonra “Fənərbağça” 25 xalla 4-cü sırada, “Antalyaspor” isə 16
xalla 12-ci sırada qərarlaşıb.
