“Fənərbağça”nın 2 futbolçusu “Nyukasl”a keçir
27.04.2023 , 15:30
“Nyukasl” yeni mövsüm üçün transfer çalışmalarına start verib.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu “Fənərbağça”nın iki futbolçusunu heyətinə qatmaqda istəklidir.
İngiltərə klubu “sarı-göylülər”in futbolçuları – Arda Gülər və Ferdi Kadıoğlu üçün hərəkətə keçəcək.
Bu mövsüm “Fənərbağça”nın heyətində 27 oyuna çıxan Arda Gülər 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Ferdi Kadıoğlu isə meydana çıxdığı ümumilikdə 40 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.