"Fənərbağça" rəsmi saytından "Trabzonsor"lu Özər Hurmacıya cavab verib.
Korner.az-ın məlumatına görə, Özər imza mərasimində "Fənərbağça" dövrüylə bağlı verdiyi açıqlamalarla komandanın "şike" etdiyini üstüörtülü şəkildə olsa da, təsdiqləyib.
"Fənərbağça" isə bu barədə açıqlama verib: "Məlum futbolçunun yeni komandasının imza mərasimində verdiyi açıqlamalar. Camiəmizin qəzəbinə səbəb olub. O, dediklərini sübut etsin. Əgər o , bu fikirlərini yeni klubuna xoş gəlmək üçün deyibsə bu əxlaqsızlıqdır".
