UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində "Fənərbağça" ilə qarşılaşacaq İtaliyanın "Latsio" klubu daha bir futbolçusunu itirib.
Korner.az-ın məlumatına görə, Roma təmsilçisinin sağ cinah müdafiəçisi Bruno Pererinho məşq zamanı zədlənərək sıradan çıxıb. Öncədən bu cinahda oynayan Abdoulaye Konkonun zədələnərək uzun müddət sıradan çıxmasının ardından bu cinahda alternativsi olan Pererinhonunda Konkoya qoşulmasının ardından "Latsio"da sağ cinah boş qalıb. Bu cinahda hansı futbolçunun "Fənər"lə oyunda çıxış edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, zədə səbəbindən Konko, Dias, Flokkari və Brokki "Fənər"lə oyunda meydana çıxa bilməyəcəklər.
