Türkiyə Superliqası çərçivəsində dünən keçirilmiş matçda “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edən “GƏnclərbirliyi”nin prezidenti İlhan Cavcav “Qalatasaray”lı olduğunu deyib.
Korner.az-ın məlumatına görə, 37 ildir kluba rəhbərlik etdiyini söyləyən Cavcav bu müddətdə oyun alqı-satqısına getmədiyini vurğulayıb.
“Ürəyimdən keçən “Qalatasaray”ın çempion olmasıdır, amma “Beşiktaş” daha üstün görünür. “Qalatasaray”lıyam, çünki mənim əmim və qardaşım bu klubda oynayıblar. 37 ildir “Gənclərbirliyi”nin prezidentiyəm, bu müddətdə “Qalatasaray”la neçə dəfə oynayıb qalib gəldiyimizə baxın. Həyatım boyu oyun alıb-satmadım” – deyən İlhan Cavcav “FƏnərbağça” ilə oyunda qələbə üçün müəyyənləşdirdiyi mükafatın məbləğini də açıqlayıb: 200 min lirə: “Fənərbağça” isə qələbəyə görə 500 min dollar mükafat qoymuşdu”.
