“Fənərbaxça”nın futbolçusu Mussa Sovun həyat yoldaşı və qızı Türkiyəyə buraxılmayıb.
Korner.az-ın məlumatına görə, buna səbəb viza problemi olub.
Belə ki, Sovun həyat yoldaşı və uşağı dünən axşam saatlarında Seneqaldan Türkiyəyə gəlib. Lakin pasaport nəzarəti zamanı viza problemi ortaya çıxıb və polis onların İstanbula girişinə icazə verməyib.
