Dünən Türkiyə Super Liqasının 25-ci turunda “Fənərbağça”
– “Atiker Konyaspor” matçı keçirilib.
Korner.az-ın
məlumatına görə, matçda qolu qırılan “Fənərbağça”lı Fernandaonun son durumu
haqda açıqlama verilib.
Açıqlamaya
görə, oyunçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Beləliklə,
Fernandao mövsümü erkən başa vurdu.
Xatırladaq
ki, qarşılaşma qonaqların 3-2 hesablı qələbəsi ilə başa çatmışdı.
