“Fənərbağça”nın futbolçusu Bruno Alveşi polis saxlayıb.
Korner.az-ın məlumatına görə, portuqaliya futbolçu maşın sürərkən İstanbul yol polisi tərəfindən saxlanılıb. Məsələ aydınlaşandan sonra bəlli olub ki, Türkiyənin Nəqliyyat Nazirliyi qış üçün maşınların hazır olub-olmadığını bilmək üçün yoxlanış edirmiş.
Maşını yoxlanıdıqdan sonra “Fənərbağçalı” müdafiəçi jurnalistlərə açıqlamasında “Mənim üçün heç bir problem yoxdur. Yoxlanış çox xoşuma gəldi. Məncə təhlükəsizliyimiz üçün çox vacib addımdır” deyə bildirib.
