Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” İngiltərənin “Sanderlend” klubunun futbolçusu Ceremain Lensi transfer etməyə yaxındı.
Korner.az-ın məlumatına görə, cümə günü “Beşiktaş” və “Sanderlend” rəsmiləri arasında görüş baş tutacaq.
Bildirilir ki, “qara qartallar” Lensin əvəzinə İngiltərə təmsilçisinə Tolqay Arslanı təklif edir.
Xatırladaq ki, hal-hazırda icarə əsasında “Fənərbağça”da oynayan 29 yaşlı oyunçu bu mövsüm Super Liqada 17 oyuna 3 qol vurub və 9 məhsuldar ötürmə edib.
