“Fənərbağça”nın nigeriyalı hücumçusu Emmanuel Emenike karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Korner.az-ın məlumatına görə, “sarı-qırmızılılar”a məxsus olan 28 yaşlı forvard qarşıdakı bir ili icarə əsasında “Əl-Ayn” klubunda keçirəcək.
Qeyd edək ki, “Fənərbağça” azarkeşləri ilə problemləri olan Emenikenin “Spartak”a qayıdacağı deyilirdi.
