“Fənərbağça”dan yeni transfer
02.10.2020 , 13:57

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Papiss Sisseni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent olan 35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
