“Fənərbağça”dan yeni transfer
29.08.2020 , 16:32

“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Meksikanın “Tiqres” klubundan ayrılan Enner Valensiyanı heyətinə qatıb.
30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Ekvador millisinin üzvü ötən mövsüm “Tiqres”də keçirdiyi 29 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
