“Fənərbağça”dan yeni transfer
03.08.2023 , 16:48

“Fənərbağça” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin və “Sassuolo”nun sağ cinah müdafiəçisi Mert Müldürü transfer edib.
24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Fənərbağça” bu transfer üçün “Sassuolo”ya 2,8 milyon avro ödəyib.
