“Fənərbağça”dan yeni transfer
21.07.2023 , 13:28

“Fənərbağça” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, klub “Marsel”dən Bartuğ Elmazı heyətinə cəlb edib.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
