“Fənərbağça”dan yeni transfer
20.07.2023 , 16:20

“Fənərbağça” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul klubu “Udineze”dən Rodriqo Bekaonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla 4 illik müqavilə imzalanıb.
