“Fənərbağça”dan tarixi transfer
28.04.2023 , 18:56

“Fənərbağça” “Barselona”nın futbolçusu Erik Qarsiyanı transfer etmək istəyir.
Korner.az xəbər verir ki, klub İspaniya nəhəngində forma geyinən müdafiəçini icarə əsasında heyətinə qatmaqda istəklidir.
Belə ki, klub rəhbərliyi Qarsiya üçün 2-3 milyon avro məbləğində icarə haqqı təklif edəcəyi, bununla da müdafiə xəttindəki problemləri aradan qaldırmaq istədiyi bildirilir.
Türkiyə klubu bu transferi reallaşdırarsa, tarixə düşəcək bir addım atmış olacaq.
Mina Musayeva
