“Fənərbağça”dan sonra “Kasımpaşa”
09.12.2024 , 14:57
“Kasımpaşa” 2024/25 mövsümündə ölkə kuboku uğrunda yarışda iştirak etməyəcəyini açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə TFF-nin yaydığı açıqlamada bildirilib.
Klub bununla bağlı dekabrın 7-də federasiyaya rəsmi məktub ünvanlayıb.
Bundan əvvəl TFF “Fənərbağça”nın da bu yarışda iştirak etməyəcəyini bəyan etmişdi.