“Fənərbağça”dan şəhidimizlə bağlı paylaşım – FOTO
28.11.2020 , 14:45

“Fənərbağça” İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadə ilə bağlı paylaşım edib.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Azərbaycan Ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.
Qeyd edək ki, daha əvvəl “Qalatasaray” klubu şəhid Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib.
