“Fənərbağça”dan növbəti transfer – Rəsmi
31.01.2025 , 13:05

“Fənərbağça” Skrinyarın keçidindən sonra daha bir transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Srvena Zvezda”da çıxış edən Oqnyen Mimoviçi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi 20 yaşlı futbolçunun bu gün İstanbula gələcəyini və tibbi müayinədən keçəcəyini açıqlayıb.
Serbiyalı sağ cinah müdafiəçisi ilə 4,5 illik müqavilə imzalanacaq.
“Fənərbağça” “Srvena Zvezda”ya 8,5 milyon avroluq transfer haqqı ödəyəcək.
