“Fənərbağça”dan növbəti transfer
06.08.2020 , 21:00

“Fənərbağça” növbəti transferini açıqlayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Beşiktaş”dan ayrılan Gökhan Gönüllə 1+1 illik müqavilə imzalayıb.
Türkiyə millisinin üzvü 2007-2016-cı illərdə “Fənərbağça”da çıxış edib. 35 yaşlı müdafiəçi ötən mövsüm Super Liqada keçirdiyi 30 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.
İstanbul təmsilçisi daha öncə “Sivasspor”dan ayrılan Mert Hakan Yandaşla müqavilə imzalamışdı.
