“Fənərbağça”dan növbəti transfer
31.01.2019 , 19:07

“Fənərbağça” heyətinə daha bir futbolçu qatıb.
İstanbul klubu İtaliya təmsilçisi “Empoli”dən Mixa Zaytsın keçidini həll edib. Artıq Türkiyədə olan sloveniyalı yarımmüdafiəçi tibbi müayinədən sonra 4 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, “Fənərbağça” bu keçid üçün “Empoli”yə 3 milyon avro və hazırda bu komandada icarə əsasında çıxış edən Salih Uçanı verib.
