“Fənərbaxça” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Bursaspor”da oynayan Şener Özbayraklını heyətinə cəlb edib.
Klubun rəsmi saytının verdiyi məlumata görə, 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Fənərbaxça” bundan əvvəl “Lill”də oynayan Simon Kyaeri transfer edib
