“Fənərbağça” daha bir futbolçu ilə ilkin razılıq əldə edib.
Korner.az-ın məlumatına görə,bu “İstanbul BB”də çıxış edən Pyer Vebodur. Artıq tərəflər ortaq məxrəcə gəliblər və Vebonun keçidi bələdiyyə klubuna 3 milyon avro qazandıracaq.
Qeyd edək ki,Vebo isə yeni klubu ilə 2,5 illik müqavilə bağlayacaq.
