“Fənərbağça”dan növbəti transfer
25.09.2020 , 16:21

“Fənərbağça” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”dan Mbvana Samattanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hücumçu ilə 4 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu cari mövsümü icarə əsasında keçirəcək. Mövsümün sonunda isə onun transfer hüququnu almaq mümkün olacaq.
