“Fənərbağça”dan növbəti transfer
24.09.2020 , 17:14

“Fənərbağça” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, İstanbul klubu “Antalyaspor”dan müdafiəçi Nazim Sanqareni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
