“Fənərbağça”dan La Liqa klubuna keçdi
29.01.2019 , 09:32

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Dieqo Reyesi icarəyə verib.
Meksikalı müdafiəçi İspaniyanın “Leqanes” klubuna keçib. 26 yaşlı futbolçu La Liqa təmsilçisində mövsümün sonuna kimi çıxış edəcək.
Meksika millisinin üzvü ötən yay “Portu”dan ayrıldıqdan sonra “Fənərbağça”ya keçib.
