“Fənərbağça”dan İtaliya klubuna?
25.07.2025 , 12:15
“Yuventus” yarımmüdafiə xəttini “Fənərbağça”nın futbolçusu Sofyan Amrabat ilə gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, bu barədə “La Gazetta Dello Sports” məlumat yayıb.
Xəbərdə, Turin təmsilçisinin mərakeşli oyunçu üçün hərəkətə keçdiyi bildirilib.
Təcrübəli yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində 39 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun “Fənərbağça” ilə hazırkl müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.